Ağdam Musiqi Kollecində görüş

7-11-2019, 19:30
31

Noyabrın 7-də Təhsil nazirinin müavini Firudin Qurbanov Ağdam Musiqi Kollecinin müəllim kollektivi ilə görüşüb.
Təhsil nazirinin müavini Firudin Qurbanov müasir dövrün müəllimlərindən tələb olunan əsas keyfiyyətlərdən danışıb. Nazir müavini deyib ki, hər bir müəllim nümunə olmalı, öz məsuliyyətini dərk etməlidir.
Firudin Qurbanov bildirib ki, müəllim öyrənməyi öyrətməli, xarici dil biliklərinə yiyələnməli,  müasir texnologiyalardan istifadə etməyi bacarmalıdır. Nazir müavininin sözlərinə görə, təhsilalanların mütaliə bacarığının formalaşmasında müəllim xüsusi rol oynayır. Gəncləri elə formalaşdırmaq lazımdır ki, onlar ölkəmizin gələcək inkişafını təmin edə bilsinlər.
Firudin Qurbanov Ağdam Musiqi Kollecinin fəaliyyətinə toxunub, təhsil müəssisəsinin uşaqlara mədəniyyətin aşılanmasında rolunu qeyd edib.
Sonda nazir müavini müəllimlərin fikir və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.


Mənbə: https://edu.gov.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: