Romada ikinci dəfə Azərbaycan Kulinariyası Festivalı keçiriləcək

8-11-2019, 01:30
32

Noyabrın 27-dən 29-dək İtaliyanın paytaxtında ikinci dəfə Azərbaycan Kulinariyası Festivalı baş tutacaq. Festival Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində milli mətbəximizin ən qədim, məşhur və yeni dadları qonaqlara təqdim olunacaq. Bunlar arasında mətbəximizin şahı olan plov, dolma, qutab, paxlava və daha bir çox çeşid yer alacaq. Həmçinin qonaqlara Azərbaycan qonaqpərvərliyinin simvolu olan çay ənənələri də nümayiş etdiriləcək.
Yerli Azərbaycan brendlərinin, o cümlədən şərablarının da dadılacağı festival barədə məlumat İtaliya mətbuatında da geniş işıqlandırılıb. Birinci festivalda olduğu kimi, bu il də tədbirə maraq böyükdür.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma


Mənbə: http://azertag.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: