Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə!

8-11-2019, 12:00
39


Dövlət qulluğuna qəbul üçün qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki və nəticələrinin öyrənilməsi cədvəlində müəyyən dəyişiklik edilmişdir.
Belə ki, müsabiqə üzrə müsahibə və ümumi müsahibələrin keçirilmə qrafiki və müsahibənin nəticələri cədvəlində məxfiliyi təmin etmək məqsədi ilə namizədin soyadı, adı və ata adı yerinə onun şəxsi kabinetinin nömrəsi qeyd olunmuşdur. Namizəd müsahibələrin nəticələri ilə tanış olmaq üçün öz şəxsi kabinet nömrəsini bilməlidir. Namizəd kabinet nömrəsini öz şəxsi kabinetinə daxil olaraq əldə edə bilər.


Mənbə: http://dim.gov.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: