Azərbaycan animasiya film Polşada nümayiş olunacaq

9-11-2019, 03:30
38

Noyabrın 8-də Polşanın Lodz şəhərində 9-cu Beynəlxalq Animasiya Film festivalı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində yeni filmlərlə yanaşı, köhnə ekran əsərləri də yer alacaq. İzlənənlər arasında Azərbaycan animasiya sənətinin 50 illiyinə həsr olunmuş sənədli film də var.
Üç gün davam edəcək festivalda eksperimental, xüsusən animasiya sənətində klassik üsulla birləşdirilmiş rəqəmsal texnologiya vasitəsilə hazırlanmış filmlər yer ayrılacaq.
 
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lodz


Mənbə: http://azertag.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: