Kyodo: Tokionun hakimiyyət orqanları 2020-ci il Olimpiadasında marafonun yerinin dəyişdirilməsi ilə bağlı hazırlıqlara 13,7 milyon dollar xərcləyiblər

9-11-2019, 04:30
74

Tokio şəhər administrasiyası 2020-ci il Yay Olimpiya Oyunlarında isti ilə bağlı Sapporo şimal şəhərinə dəyişdirilmiş marafonun və idman yerişi yarışlarının hazırlıqlarına təqribən 1,5 milyard yen (13,7 milyon dollara yaxın) xərcləyib. Bu barədə Kyodo agentliyi bu gün xəbər yayıb.
Qeyd olunur ki, bu vəsait qaçış üçün yolların istilik keçirməyən materialla döşənməsinə sərf edilməli idi. Tokio hakimiyyət orqanları, həmçinin bu işlərə cari maliyyə ilinin sonunadək təqribən 800 milyon yen (7,3 milyon dollara yaxın) xərcləməyi planlaşdırırlar. Bununla yanaşı, planlaşdırılmış tədbirlərin yerinin dəyişdirilməsinə görə kompensasiya ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciətin mümkünlüyü nəzərdən keçiriləcək.
AZƏRTAC xəbər verir ki, noyabrın 1-də BOK və Yaponiya paytaxtının administrasiyası bu yarışların Tokioda keçirilməsinə tamamilə imtina ediblər. Eyni zamanda, Tokionun qubernatoru Yuriko Koike qeyd edib ki, o, müvafiq qərarla razı deyil, lakin onu bütünlüklə icra etməyə söz verib.
Bundan əvvəl həyata keçirilən ölçmələrə əsasən, 3 il ərzində iyulun sonundan avqustun əvvəlinədək Tokioda havanın hərarəti 30 dərəcəni sabit şəkildə keçib. Bu, 1964-cü ildə Tokioda Olimpiadanın keçirildiyi ildəki göstəricilərdən xeyli yüksəkdir. Lakin o zaman yarışlar oktyabrın əvvəlində keçirilmişdi.
Qeyd edək ki, XXXII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək.


Mənbə: http://azertag.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: