Şəhla RAMAZANQIZI.Yeni şeir

9-11-2019, 10:30
69

Görən neçə anaları gözü yaşlı qoyacaq,
Cansız olan güllələrlə can alan uğultu, səs.
Qadan alım, axşam olur dinir, danışır silah,
Necə olur, anlamıram, məgər yoxmu atəşkəs?

Niyə axı gəlinlərin ümidi puç olmalı,
Ata səsindən doymayan fidan yetim qalmalı,
Oğulların bəylik gülü məzarda mı solmalı? 
Atəş hələ davam edir, kəsilir yalnız nəfəs.

Döyüş varsa hamılıqla atılaq biz döyüşə,
Bəlkə onda Qarabağsız günlərimiz dəyişə.
Hər gün bir ata ananın qəlbini çəkmək şişə. 
Və sakitcə dayanmaq da vallah, boşuna, əbəs.


Mənbə: Şəhla Ramazanqızı Şeirləri

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: