“Musiqi sənəti” istiqamətinin ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə!

13-11-2019, 10:30
57


2020/2021-ci tədris ili üçün keçiriləcək “İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)” ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərdən minimum 5 illik musiqi təhsili tələb ediləcəkdir

2019/2020-ci tədris ili üçün qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtlərinə əsasən Azərbaycan Milli Konservatoriyasının “xalq çalğı alətləri ifaçılığı-nağara” aləti 22-ci komissiyada yer almışdır. Həmin komissiya üzrə qabiliyyət imtahanı “ixtisas”, “harmoniya və solfecio” fənlərindən ibarətdir.
Dövlət İmtahan Mərkəzi ekspertlərlə müzakirələr aparmış və “İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)” aləti üzrə qabiliyyət imtahanlarının “ixtisas”, “musiqi nəzəriyyəsi və solfecio” fənləri üzrə keçirilməsi qərara alınmışdır. Bu qərara uyğun olaraq Azərbaycan Milli Konservatoriyasının “İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)” ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 23-cü komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qabiliyyət imtahanlarını müvəffəqiyyətlə verib müsabiqəyə buraxılan abituriyentlər bu alət üzrə Bakı şəhərində tədris aparılan istənilən təhsil müəssisəsinin uyğun ixtisasını seçmək hüququ qazanacaqlar.
Dövlət İmtahan Mərkəzinin dərc etdiyi “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalında qabiliyyət imtahanlarının proqramları, imtahanlara hazırlaşmaq üçün metodiki tövsiyələr və digər məlumatlar çap ediləcək. Həmin nəşrləri və DİM-in saytını izləyin.


Mənbə: https://dim.gov.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: