Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Masallı və Cəlilabadda vətəndaşları qəbul edib

15-11-2019, 17:30
76



GÜNDƏLİK.İNFO-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mətbuat Xidmətindən verilən məlumata görə,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov noyabrın 15-də Masallıda  Yardımlı və Masallı rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

  Qəbuldan əvvəl Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

  Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.

  Xidmət rəisi tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün qeydiyyata alınıb. 

  Elə həmin gün Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Cəlilabadda Biləsuvar  və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib.

  Vətəndaşların müraciətləri əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin müəyyənləşdirilməsi, təkrar tibbi müayinə, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlər ilə bağlı olub. 

  Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

  Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.


Mənbə: https://seferberlik.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: