Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün təlimlər

16-11-2019, 15:00
120

Azərbaycan və Türkiyə arasında peşə təhsil sahəsində əməkdaşlıq çərçivəsində peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün Türkiyədə təşkil olunan təlimlər davam edir.
Təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyi rəhbərliyinin, peşə təhsili müəssisələrinin idarə heyətinin və müxtəlif peşə istiqamətləri üzrə istehsalat təlimi ustaları və ixtisas fənn müəllimlərinin iştirakı ilə Ankara, İstanbul, İzmir şəhərlərində təşkil olunub. Təlimlər liderlik, dərzi, dizayn, elektrik, mebel, avtomobil, turizm və qida istiqamətləri üzrə həyata keçirilir.
Azərbaycan Respublikasının Ankaradakı səfirliyinin təhsil məsələləri üzrə birinci katibi Nəcibə Nəsibova təlimlərə qoşularaq peşə təhsili müəssisələrinin nümayəndələri ilə görüşüb, ümumi vəziyyətlə tanış olub.
İzmir şəhərində keçirilən liderlik təlimləri zamanı bir neçə peşə liseyinə səfərlər təşkil olunub, onların maddi-texniki bazası, tədris olunan ixtisaslar haqqında məlumatlar əldə edilib. Həmçinin liderlik, strateji planın hazırlanması, işəgötürənlərlə əməkdaşlıq və büdcədənkənar gəlirlərin idarə olunması ilə bağlı təlimlər keçirilib.
Sözügedən təlimlər zamanı incəsənətlə bağlı nümayəndə heyəti TRT kanalına səfər edib, iş prosesi və dekor işləri ilə yaxından tanış olublar.
Təlimlərin 2-12 həftə müddətində, liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik və zərgərlik istiqamətləri üzrə keçirilməsi nəzərdə tutulub.


Mənbə: https://edu.gov.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: