Kimyaçılar bir gündə 3000 ağac əkdilər!

16-11-2019, 18:00
199


GÜNDƏLİK.İNFO xəbər verir ki, "Azərikimya" İB SOCAR ailəsinin üzvü olaraq mütəfəkkir şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Bir gündə 650 min ağac əkək” təşəbbüsünə qoşularaq geniş iməcilik keçirdi.
Noyabrın 16-da keçirilən, “Azərikimya” İB-nin idarəetmə aparatının, Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin ümumilikdə 500 nəfər əməkdaşının böyük ruh yüksəkliyi ilə iştirak etdiyi iməcilikdə Etilen-polietilen zavodunun bu məqsəd üçün ayrılmış ərazisində 3000 ədəd ağac əkildi.
İməciliyə “Azərikimya” İB-də modernizasiya işləri həyata keşirən İtaliyanın “Technip”, Böyük Britaniyanın “SOCAR-KBR”, Azərbaycan-Almaniya birgə müəssisəsi olan “SOCAR-Uniper”, həmçinin “Azfen” və “Ustay” şirkətlərinin nümayəndələri də qoşulmuşlar.
Bununla da kimyaçılar həm dahi şairimizin 650 illik yübileyinə, həm də Sumqayıt şəhərində ekoloji mühitin daha da yaxşılaşdırılmasına öz töhfələrini vermişlər.


Mənbə: http://gundelik.info

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: