“Bakutel-2019” sərgisində İtaliya şirkətləri də iştirak edəcək

18-11-2019, 08:00
109

Dekabrın 3-6-da Bakıda keçiriləcək “Bakutel-2019” sərgisində İtaliyanın İKT sahəsindəki bir neçə şirkəti iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-İtaliya Ticarət Palatası ITAZERCOM və İtaliyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə dəvət olunan şirkətlər İtaliyanın İKT, “Aerospace” və “Cyber Security Innovation” sahələri üzrə yeniliklərini ölkəmizdə tanıdacaqlar.
Beynəlxalq sərginin məqsədi həmişə olduğu kimi əməkdaşlığı genişləndirmək və gücləndirmək, xarici istehsalçılar və yerli alıcılar arasında işgüzar əlaqələri inkişaf etdirmək, qurumlar və iri yerli şirkətlərlə birbaşa münasibətlər yaratmaq, ölkənin bu sahədəki potensialını təmsil etməkdir.


Mənbə: https://azertag.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: