KAMİL BİR İNSANDI ƏBÜLFƏZ ÜLVİ

18-11-2019, 18:00
164

Əbülfəz Ülvinin doğum gününə

Haqqa kəc baxanın kor olar gözü,
Şər dərs şər gətirər, ülvi dərs ülvi.
Tanrısız olanın sevilməz sözü,
Tanrıdan gələnlər müqəddəs, ülvi.

Dedin: gül göyərməz qanqal içində,
Hələ çox hikmət var - qan, qal içində,
Şişə çəkilərəm manqal içində, -
Olmasa içimdən qopan səs ülvi.

Doğulduq, dünyanı, aləmi gördük,
Neçə dərdi gördük, ələmi gördük,
Əlinə alandan qələmi - gördük,
Qələm sahibində bu həvəs, ülvi.

Qopdu Əlincədən Nuhun tufanı,
Ərzi lərzə saldı bu Hun tufanı,
Şerin tufanıdı ruhun tufanı,
Gətirər özüylə o, nəfəs ülvi.

Şeirdən alınmaz qala yaratdı,
İstədi əbədi qala, yaratdı,
Demirəm Sokratdı, Hippokratdı, -
Kamil bir insandı Əbülfəz Ülvi.

Rafiq Oday


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: