“AVRO-2020”nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib

19-11-2019, 08:00
141

“AVRO-2020”-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, Danimarka və İsveçrə “AVRO-2020”-nin final mərhələsinə yüksəliblər.
Seçmə mərhələnin növbəti oyunlarında aşağıdakı nəticələr qeydə alınıb.
D qrupu
Cəbəllütariq – İsveçrə 1:6
Qol: Stixe, 74 – İtten, 10; 84. Varqas, 50. Fassnaxt, 57. Benito, 75. Caka, 86.
İrlandiya – Danimarka 1:1
Qol: Doherti, 85 – Breytveyt, 73.
İsveçrə – 17, Danimarka – 16, İrlandiya – 13, Gürcüstan – 8, Cəbəllütariq – 0.
J qrupu
Yunanıstan – Finlandiya 2:1
Qol: Mantalos, 47. Qalanopulos, 70 – Pukki, 27.
İtaliya – Ermənistan 9:1
Qol: İmmobile, 8; 33. Zaniolo, 9; 64. Barella, 29. Romanyoli, 72. Jorjinyo, 75-pen. Orsolini, 78. Kyeza, 81 – Babayan, 79.
Lixtenşteyn – Bosniya və Herseqovina 0:3
Qol: Çiviç, 57. Hodziç, 64; 72.
İtaliya – 30, Finlandiya – 18, Yunanıstan – 14, Bosniya və Herseqovina – 13, Ermənistan – 10, Lixtenşteyn – 2.
F qrupu
İspaniya – Rumıniya 5:0
Qol: F.Ruis, 8. Moreno, 33; 43. Rus, 45+1-öz qapısına. Oyarzabal, 90+2.
İsveç – Farer adaları 3:0
Qol: Andersson, 29. Svanberq, 72. Qvidetti, 80.
Malta – Norveç 1:2
Qol: Fenex, 40 – Kinq, 7. Sorlot, 62.
İspaniya – 26, İsveç – 21, Norveç – 17, Rumıniya – 14, Farer adaları – 3, Malta – 3.


Mənbə: https://azertag.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: