Gəncə şəhərində qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil ediləcək

19-11-2019, 14:00
158


Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər.
Dövlət İmtahan Mərkəzi 23-24 noyabr 2019-cu il tarixində Gəncə şəhərində M.Mehdizadə adına 4№-li   tam orta məktəbdə (Ünvan: Gəncə şəhəri, Pərviz Səmədov küçəsi 1) Azərbaycan dili, riyaziyyat, ingilis dili, rus dili, tarix, coğrafiya, fizika, kimya və biologiya fənləri üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edir.
Hazırlıq kursları 23 noyabr 2019-cu il tarixində saat 11:30-da, 24 noyabr 2019-cu il tarixində isə saat 09:00-da başlayacaq.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər.




Mənbə: http://dim.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: