Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb

22-11-2019, 15:00
129


Sumqayıtın şəhər statusu almasının 70 ili tamam olur. Yubiley tədbirləri çərçivəsində poçt markası və zərf buraxılıb. Bu münasibətlə “Azərpoçt”un şəhər filialının təşkilatçılığı ilə Sumqayıt Tarixi Muzeyində markanın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatda şəhər və filial rəhbərliyi, həmçinin Almaniyanın Ludviqshafen şəhərinin nümayəndə heyəti iştirak edib.
Sumqayıtla tərəfdaş olan Ludviqshafen şəhərindən olan qonaqlara “Azərpoçt”un hədiyyələri təqdim olunub.


Mənbə: https://azertag.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: