“Vəsvəsə” növbəti dəfə maraqla qarşılanıb

25-11-2019, 07:00
112

Azərbaycan Dövlət “Yuğ” Teatrında H.İbsenin “Vahimə” pyesi əsasında səhnələşdirilən “Vəsvəsə” tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, birbölümlü səhnə əsərinin quruluşçu-rejissoru Gümrah Ömər, quruluşçu-rəssamı isə Əməkdar rəssam Rəşid Şərifdir.
Səhnə əsərində rolları teatrın aktyorları Mətanət Abbaslı, Zümrüd Qasımova, Amid Qasımov, Elxan Abbasov, Vüqar Hacıyev, Oqtay Mehdiyev, Elgün Həmidov, Ləman Mərrih və Günel Səfərova ifa ediblər.
Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.


Mənbə: https://azertag.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: