Ağacların əkin vaxtı və qaydaları

26-11-2019, 14:30
194

Ağacların əkin vaxtı və qaydaları
Yaz və payız mövsümlərində əkiləcək ağacların bitiş faizinin yüksək olması, əkin qaydaları, üsulları və əkin zamanı yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə ETSN-nin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov tövsiyələr verib.
Ağac əkərkən ilk növbədə əkin vaxtı düzgün müəyyənləşdirilməli, əsasən yaz və payız mövsümlərində əkin aparılmalıdır.
Yaz əkininin torpağın müəyyən qədər qızmasından sonra aparılması məsləhətdir. Sərt iqlim şəraiti olan bölgələrdə yaz  əkini aprelin sonu, mayın əvvəllərində, payız əkini isə okyabrın axırı, noyabrın əvvəllərində aparılsa daha məqsədəuyğundur. Havalar soyuyana qədər əkin işləri başa çatdırılmalıdır.
Ağaclar əkilməmişdən öncə  ərazi düzləşdirilməli, təmizlənməli, 2 dəfə çarpaz şumlanmalı, malalanmalı və sxemə uyğun cərgələr çəkilməlidir. Ağacın və torpağın xüsusiyyətinə uyğun olaraq 40 və ya 50 sm enində və dərinliyində çalalar qazılmalı, ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə çalanın düz ortasında əkilməlidir.
Qrunt sularının torpağın səthinə yaxın olduğu sahələrdə isə ting əkiləcək cərgələr münbit torpaq verilməklə hündürləşdirilməli, daha sonra əkin aparılmalıdır.
Meyvə ağaclarının münbit torpaqlarda əkilməsi vacib şərtlərdən biridir. Məhsulun bol olması və ağacın yaxşı inkişaf etməsi üçün ağaclara növbəli gübrə vermək lazımdır. Gübrələmədən sonra ağac yaxşı inkişaf edir və bu məhsuldarlığa müsbət təsir göstərir. Payızda verilən üzvi və mineral   gübrələr (kalium, fosfor) isə torpağın tərkibini zənginləşdirir ki, bu da bitki üçün əsas vacib elementlərdəndir. Ona görə də hər iki mövsümdə yeni əkilmiş ağaclara gübrə verilməlidir.
Ağaclarda budama isə ağac əkildikdən 2 il sonra, əsasən də payız mövsümündə aparılır.
Qış mövsümündə isə ağaclarda inkişaf dayandığından əlavə heç bir iş aparılmır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: