Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib

28-11-2019, 07:00
50

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib


UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
AZƏRTAC xəbər verir ki, turnirin qrup mərhələsinin V turunun qarşılaşmalarından sonra tərtib olunan siyahıya Robert Levandovski ("Bavariya"), Lionel Messi (“Barselona”), Keylor Navas (PSJ) və Romelu Lukaku (“İnter”) daxil edilib.
Həftənin oyunçusu azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək və noyabrın 29-da açıqlanacaq.


Mənbə: https://azertag.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: