Nəsiminin əsərləri italyan dilində nəşr olunub

28-11-2019, 08:00
52

Nəsiminin əsərləri italyan dilində nəşr olunub


Dekabrın əvvəlində “Nəsimi ili” çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə İtaliyada dahi Azərbaycan şairi və filosofu Nəsiminin qəzəllərindən ibarət italyan dilində nəşr olunmuş kitabın təqdimatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, İtaliyanın “Tetti” nəşriyyat evinin çap etdiyi kitab ölkənin bir neçə şəhərində fəaliyyət göstərən ali məktəblərdə, o cümlədən Romanın Sapienza Universitetində təqdim olunacaq.
Təqdimatlarda Azərbaycanın Xalq artisti Mehriban Zəkinin ifasında Nəsiminin əsərləri səsləndiriləcək.


Mənbə: https://azertag.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: