Polşa Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfər edib

29-11-2019, 15:30
97

Polşa Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfər edib





Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Polşa Silahlı Qüvvələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq planına əsasən Polşanın Sülhməramlı Əməliyyatları Hərbi Təlim Mərkəzinin rəisi Pavel Çabaliskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Görüşdə Azərbaycan Ordusu ilə Polşa Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı və sülhməramlı əməliyyatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Polşa nümayəndə heyəti sülhməramlıların xidmət yerlərində yaradılan sosial-məişət və təlim şəraiti ilə tanış olublar.


Mənbə: https://mod.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: