Tvinninq layihəsinin İdarəetmə Komitəsinin növbəti iclası

30-11-2019, 10:00
101

Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı layihəsinin İdarəetmə Komitəsinin növbəti iclası keçirilib.
Tvinninq layihəsinin Azərbaycan üzrə rəhbəri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov iclası giriş nitqi ilə açaraq layihənin əhəmiyyətindən danışıb.
Daha sonra layihənin Fransadan olan rəhbəri Bruno Kurval və Litvadan olan rəhbəri Giedrius Viliunas, layihənin Fransa üzrə koordinatoru Liza Baydanova iclasda məruzə ilə çıxış ediblər. Layihə üzvləri bu çərçivədə görülən işlərdən danışıb, ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına uyğunlaşacağına öz inamını ifadə edib, növbəti rüb ərzində planlaşdırılan tədbirlərin müzakirəsini aparıblar.
Bundan başqa, layihə rəhbərləri nazirliyin Aparat rəhbərinin müavini Yaqub Piriyev və Elm, ali və orta ixitsas təhsili şöbəsinin əməkdaşları ilə görüşüb. Görüşdə layihənin icrası ilə bağlı məsələlərə toxunulub.
Layihənin İdarəetmə Komitəsinin növbəti iclasının fevralın sonunda keçirilməsi ilə bağlı qərar qəbul edilib.


Mənbə: https://edu.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: