“Azərişıq” gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

2-12-2019, 03:00
50

“Azərişıq” ASC gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Bildirib ki, hava şəraiti ilə əlaqədar ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov xüsusi göstəriş verib.
Göstərişə əsasən, bütün ölkə üzrə şəbəkə rəisləri və texniki departament əməkdaşlarının iştirakı ilə növbətçilik müəyyən edilib.
“Hazırda "Azərişıq" rəhbərliyi başda olmaqla Bakı şəhəri və regionlarda olan texniki departamentlərinin, həmçinin qəza xidmətinin əməkdaşları iş başındadırlar. Baş verə biləcək qəza hallarının qarşısının operativ surətdə alınması məqsədi ilə əlavə mal-material, maşın-mexanizmlər ayrılaraq Bakı ətrafı kənd-qəsəbələrə və regionlara göndərilib”, - deyə Tanrıverdi Mustafayev əlavə edib.
"Azərişıq"ın mətbuat katibi istehlakçılara da müraciət edib: “ASC-nin 24 saat fasiləsiz 199 saylı Çağrı mərkəzi fəaliyyət göstərir və istehlakçılar baş verən kəsintilərlə bağlı “Çağrı mərkəzi”nə məlumat versinlər".


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: