"Avro 2020": Bakı Olimpiya Stadionunda keçiriləcək oyunların təqvimi müəyyənləşib

2-12-2019, 05:00
44


Futbol üzrə "Avro 2020"nin A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimi müəyyənləşib.
AZƏRTAC AFFA-ya istinadən xəbər verir ki, iyunun 13-də Uels-İsveçrə, dörd gün sonra Türkiyə-Uels, ayın 21-də isə İsveçrə-Türkiyə oyunları keçiriləcək.
A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.


Mənbə: https://azertag.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: