Milli parklarımızda təşkil olunacaq tədbirlərə siz də qoşulun

4-12-2019, 16:30
28

Milli parklarımızda təşkil olunacaq tədbirlərə siz də qoşulun

Azərbaycanın milli parklarında dekabr ayında müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng tədbirlər keçiriləcək. Məqsəd milli parklarda ekoturizm potensialının təbliği və turistlərin marağının artırılmasıdır.
Təbiətin füsunkar gözəlliklərindən həzz almaq istəyənlər milli parklara səyahət edə və təşkil olunacaq tədbirlərə qoşula bilərlər.
7 dekabr, saat 10:00 – Şirvan milli parkı  – qaçış marafonu;
11 dekabr, saat 10:00 – Şahdağ milli parkı – beynəlxalq dağlar günü ilə əlaqədar piyada yürüş;
14 dekabr, saat 10:00 – Qızılağac milli parkı  – Yerli əhalinin əl işlərinin sərgisi;
15 dekabr, saat 10:00 – Hirkan milli parkı  – veloyürüş;
14 dekabr, saat 10:00 – Ağgöl milli parkı  – quşların müşahidəsi və Milli Parkın tanıdılması ilə bağlı seminar;
21 dekabr, saat 10:00 – Altıağac milli parkı  – atla yürüş;
21-22 dekabr, saat 09:00 – Samur-Yalama milli parkı  – səmti müəyyənetmə turniri;
28 dekabr, saat 10:00 – Hirkan milli parkı  – həvəskar balıq ovu turniri;
29 dekabr, saat 10:00 – Göygöl milli parkı  – həvəskar balıq ovu turniri;
29 dekabr – Beynəlxalq bioloji müxtəliflik günü ilə əlaqədar bütün milli parklarda açıq qapı günü.
İştirak etmək istəyənlər Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşı Aytac Tağıyeva ilə (012) 566-26-10 əlaqə saxlaya bilərlər.


Mənbə: http://eco.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: