5 dekabrda gözlənilən hava şəraiti

4-12-2019, 17:00
34

5 dekabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 5-də havanın buludlu olacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.  
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Atmosfer  təzyiqi  769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət  70-80 faiz olacaq. 
 
Azərbaycanın rayonlarında
Dekabrın 5-də  arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı  gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə  0-4, gündüz  5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  0-3 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 5-də Abşeron yarımadasında şimal-qərb küləyinin güclənməsi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Mənbə: http://eco.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: