Kimyaçılar da SOCAR ailəsi olaraq “Bir gündə 650 min ağac əkək” aksiyası çərçivəsində 2 min ağac əkdilər

6-12-2019, 09:00
268

Kimyaçılar da SOCAR ailəsi olaraq  “Bir gündə 650 min ağac əkək” aksiyası çərçivəsində 2 min ağac əkdilər









































Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin idarə və müəssisələri də geniş iməcilik keçirməklə qoşulmuşlar.
“Azərikimya” İB-nin idarəetmə aparatının, Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin ümumilikdə 300 nəfər əməkdaşının iştirak etdiyi iməcilikdə Bakı-Quba avtomobil yolu istiqamətindəki sənaye zonası ərazisində 2 min ağac əkilmişdir.
Qeyd edək ki, “Azərikimya” İB tərəfindən bundan öncə - noyabrın 16-da keçirilən iməcilikdə də kimyaçılar Etilen-polietilen zavodunun bu məqsəd üçün ayrılmış ərazisində 3000 ağac əkməklə bu təşəbbüsə öz töhfələrini vermişlər.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: