Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələri “Ağacəkmə aksiyası”nda fəal iştirak ediblər

6-12-2019, 17:30
207

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələri “Ağacəkmə aksiyası”nda fəal iştirak ediblər










Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə Respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü reallaşdırılmışdır.
Qeyd etmək lazımdır ki, son illər Respublikamızda ətraf mühitin qorunması və hər yerdə gözəllik yaradan ağacların əkilməsi, yaşıllığın artırılması, əslində, hər bir kəsin üzərinə düşən ümdə vəzifədir. Bu baxımdan Sumqayıt Regional Mədəniyyət İdarəsinin bütün tabe müəssisələri də bu tədbirdə yüksək səviyyədə iştirak etmişdir. Bu kampaniya böyük şairin ədəbi irsinin beynəlxalq aləmdə təbliğinə, ölkəmizdə yaşıllıqların daha da artırılmasına ,iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, ətraf aləmin gözəlləşməsinə xidmət edir. Azərbaycan tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkilmişdir.
Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzi  və filialları  Hacı Zeynalabdin  Tağıyev  adına  qəsəbəyə yaxın  bir  məkanda  keçirilən  ağacəkmə  aksiyasında   fəal  iştirak  etmişlər. Aksiya çərçivəsində C.Cabbarlı  adına  mədəniyyət  evinin  böyüklərdən  ibarət “Qafqaz”  rəqs  qrupu  və  “Zəngəzur” zurna və davul qrupunun  aksiya  iştirakçıları  qarşısında  çıxışı   iştirak  edənlərin  böyük  marağına  səbəb  olmuşdur. Tədbirdə həmçinin Sumqayıt Regional Mədəniyyət İdarəsinin Q.Qarayev adına 1 nömrəli UMM, Bülbül adına 2 nömrəli UİM, S.Rüstəmov adına 3 nömrəli UİM, Ə.Bakıxanov adına UİM, F.Əmirov adına 5 nömrəli UMM məktəbinin müəllim  heyəti yaxından iştirak etmişdir. Tədbir yüksək səviyyədə keçirilmişdir.
Abşeron rayonunda Masazır qəsəbəsində başlamış, daha sonra Xırdalan şəhərində davam etmişdir. Aksiyada Qobu Uşaq İncəsənət məktəbi, Mehdiabad Uşaq Musiqi məktəbinin müəllim kollektivi, eləcə də Abşeron Musiqili Komediya Xalq teatrının üzvləri iştirak etmişdir.Bu nəcib təşəbbüsə  ictimaiyyət nümayəndələri,həmçinin mədəniyyət müəssisələrinin kollektivləri və  könüllü gənclər qoşulmuşlar. Abşeron rayon Mədəniyyət Mərkəzinin Musiqili Komediya Xalq Teatrının üzvləri də ağacəkmə aksiyasında fəal iştirak edərək, dahi şairin obrazını canlandırmış və qəzəllərini böyük şövqlə səsləndirmişlər. Tədbirdə həmçinin bir birindən gözəl musiqi nümunələri də səsləndirilmişdir.
Xızı rayon Giləzi qəsəbəsində də ağacəkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında rayon ictimaiyyəti, hüquq-mühafizə orqanlarının, idarə və müəssisə təşkilatlarının  nümayəndələri iştirak etmişdirlər. Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin kollektivi də ağacəkmə kompaniyasında iştirak etmiş,  Uşaq Musiqi Məktəbinin müəllimlərinin ifalarında səslənən musiqilərin sədaları altında yüzlərlə ağac əkilmişdir.
Ağacəkmə aksiyasının növbəti ünvanı Abşeron rayonu Masazır qəsəbəsində Zəngilan məcburi köçkünləri üçün salınmış şəhərcik olmuşdur. Tədbirdə Zəngilan rayonunun musiqi məktəbləri, Zəngilan Rayon Mədəniyyət evinin “Süsən” instrumental ansamblı iştirak etmişdir. Müğənnilər Tural Salmanov, Günay Mediyeva öz musiqi ərmağanları ilə tədbirə xüsusi rəng qatmışdır.
Qubadlı rayonundan olan məcburi köçkünlər üçün  salınmış Stansiya Sumqayıt adlanan yaşayış massivində ağacəkmə aksiyası baş tutmuşdur.Tədbirdə  Qubadlı rayon ictimaiyyəti, Qubadlı rayon musiqi məktəbləri, Qubadlı rayon Mədəniyyət evinin işçiləri yaxından iştirak etmişdir. Həmçinin qaçqınlar və məcburi köçkünlər üçün yeni salınmış şəhərcikdə, parkın müxtəlif yerlərində  musiqi nömrələri səsləndirilmişdir.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa rayon nümayəndəliyi də bu aksiya da yaxından iştirak etmişdir.Belə ki Şuşa rayonun Musiqi məktəblərinin müəllim kollektivi, Rayon Mədəniyyət evinin işçiləri tədbirdə yüzlərlə ağac əkmişdir.Tədbirdə səslənən musiqi nümunələri iştirakçıların zövqünü oxşamışdır.


Mənbə: https://turkustan.info/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: