“Tesla” şirkəti pick-up elektromobilini təqdim edib

7-12-2019, 08:00
94

Dünyada elektromobillərin istehsalı üzrə lider olan “Tesla” şirkəti ABŞ-da elektrik mühərriki ilə işləyən yeni zirehli maşınını təqdim edib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, şirkətin sahibi İlon Mask metal rəngli elektromobilin qiymətinin 39 min dollardan başlayacağını və onun kütləvi istehsalının 2021-ci ildən etibarən həyata keçiriləcəyini bildirib. O qeyd edib ki, “Cybertruck” adlanacaq bu elektrik mühərrikli pick-up maşınının daha mükəmməl modelləri isə 49 900 və 69 900 dollara satışa çıxarılacaq. Ən yüksək qiyməti olan “Cybertruck” bir batareya ilə 805 kilometr yol qət edə biləcək.
İlon Mask əlavə edib ki, pick-up tipli avtomobil ABŞ-da ən çox satılan nəqliyyat vasitəsidir. Onun sözlərinə görə, dayanıqlı enerji üçün yeni elektromobillər daha əlverişli olacaq.
Sonra zirehli elektromobillərin möhkəmlik üzrə testi həyata keçirilib. Ağır alətlə onun pəncərəsinə endirilən zərbə nəticəsində şüşəsi çatlayıb, amma sınmayıb.


Mənbə: https://azertag.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: