Salyanda 38 min tondan çox tərəvəz yığılıb

9-12-2019, 00:00
128

Salyanda tərəvəz yığımı başa çatıb. Məhsul istehsalçıları erkən yazda əkdikləri tərəvəz sahəsindən indiyədək 38 min 309 ton məhsul toplayıblar.
Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu mövsüm salyanlı fermerlər 1447,7 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin zəhməti sayəsində sahələrdə gözlənildiyindən də çox məhsul olub. Artıq rayonda tərəvəz yığımı yekunlaşıb. Əkinçilər sahələrdən 38 min 309,8 ton məhsul yığıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 min 805 ton çoxdur.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: