Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib – Operativ məlumat

13-12-2019, 01:00
200

Dekabrın 11-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 293 min 880 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 faiz çoxdur. Keçən il dekabrın 11-dək 222 min 748 ton pambıq yığılmışdı.
Qeyd edək ki, Azərbaycanda pambıqçılığın yeni inkişaf dövrü bu istiqamətdə əsaslı tədbirlərin görüldüyü, bu sahənin inkişafını nəzərdə tutan Dövlət Proqramının qəbul olunduğu 2016-cı ildən başlayıb.
AZƏRTAC respublikada pambıq tədarükünə dair dekabrın 11-nə olan operativ məlumatı təqdim edir.


Mənbə: https://azertag.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: