Neft və neft məhsulları ixracının Azərbaycanın ümumi ixracındakı payı azalıb

17-12-2019, 01:00
63

On bir ayda xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı ölkənin ümumi ixracının 76,52 faizini, təbii qaz 11,36 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 2,2 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracının Azərbaycanın ümumi ixracındakı payı 81,6 faiz, təbii qazın 7,01 faiz, neft məhsullarının payı 2,68 faiz olmuşdu.


Mənbə: https://azertag.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: