Litva iqlim dəyişikliyinə qarşı tədbirlərin səmərəliliyi indeksi üzrə lider olacaq

18-12-2019, 06:00
217

Almaniyanın “NewClimate Institute” və “Germanwatch” təşkilatlarının, eyni zamanda, “Climate Action Network” beynəlxalq şəbəkəsinin mütəmadi olaraq apardıqları araşdırmanın nəticəsinə əsasən, iqlim dəyişikliyinə qarşı tədbirlərin səmərəliliyi indeksi üzrə Litva 2020-ci ildə inkişaf etməkdə olan Avropa ölkələri arasında ən yüksək yeri tutacaq.
AZƏRTAC xəbər verir ki, ötən il altıncı yerdə olan Litva bu il 57 ölkənin yer aldığı siyahıda 66,22 xalla səkkizinci yerdə qərarlaşıb. Bununla da regionda ən yaxşı göstəriciyə malik ikinci ölkə olub.
Latviya səkkiz pillə enərək 60,75 xalla 15-ci, Estoniya isə 48,05 xalla 31-ci yerdə qərarlaşıb.
Bolqarıstan və Polşa həm ən aşağı siyasət reytinqinə, həm də yenilənən enerji üzrə ən aşağı nəticələrə malik olan Avropa İttifaqı ölkələridir.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs


Mənbə: https://azertag.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: