Meyvə şirələrinin qəbulu zamanı müəyyən şərtlərə əməl olunmalıdır

18-12-2019, 08:45
203

Meyvə şirələrinin qəbul edilməsi orqanizm üçün çox faydalıdır. Lakin onun qəbulu zamanı bir sıra vacib şərtlərə əməl edilməlidir.
Həkim-fitoterapevt Fizuli Hüseynovun AZƏRTAC-a dediyinə görə, immun sistemi aşağı olanlar C vitamini ilə zəngin olan portağal, limon və ya qreypfrut şirələri içə bilərlər, böyrək problemi olanların limonla cəfəri şirəsinin qarışığını qəbul etməsi məsləhətdir: “Zehni inkişafı geri olanlar və qurd xəstəliyindən əziyyət çəkən uşaqların kök şirəsindən istifadə etməsi çox faydalıdır, lakin meyvə şirələrinin qədərindən çox istifadə edilməsi yolverilməzdir. Gün ərzində meyvə şirələri maksimum 3 stəkan, tərəvəz şirələri isə daha az miqdarda qəbul edilməlidir”.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: