Azərbaycanda əhalinin sayı 71 min 688 nəfər artaraq 10 milyon 53 min 145 nəfərə çatıb

19-12-2019, 00:30
135

İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 71 min 688 nəfər və ya 0,7 faiz artaraq 2019-cu il noyabr ayının 1-i vəziyyətinə 10 milyon 53 min 145 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Məlumatda qeyd edilib ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub.


Mənbə: https://azertag.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: