Bolqarıstan hökuməti Azərbaycan ilə imzaladığı əmək miqrasiyasına dair sazişi təsdiqləyib

19-12-2019, 02:30
192

Bolqarıstan hökuməti Azərbaycan, Qırğızıstan, Özbəkistan ilə əmək miqrasiyasına dair ikitərəfli layihələrin tənzimlənməsi sazişini təsdiqləyib.
Bu barədə Bolqarıstan Nazirlər Şurasının mətbuat xidməti məlumat verib.
Bolqarıstanda biznes mühitinin təcrübəli işçi qüvvəsinə ehtiyac duyulması belə bir addımı zəruri edib. Sənəddə qeyd olunub ki, Azərbaycan, Qırğızıstan, Özbəkistan vətəndaşları bolqarlarla eyni əmək hüquqlarına malik olacaqlar. Bolqarıstan Moldova, Gürcüstan və Ermənistan ilə də müvafiq sazişlər imzalayıb. Ukrayna və Belarus ilə sazişlərin imzalanması istiqamətində danışıqlar aparılır.
Son dövrdə Bolqarıstan yerli əhalinin iş üçün Qərbi Avropa ölkələrinə üz tutması ilə əlaqədar işçi qüvvəsi çatışmazlığı ilə üzləşib. Ölkədə təcrübəli kadrlara ehtiyac duyur.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya


Mənbə: https://azertag.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: