“Turkic Weekly” elektron bülletenində “Heydər Əliyev. Şəxsiyyət və Zaman” kitabından bəhs olunub

19-12-2019, 03:00
160

Beynəlxalq Türk Akademiyasının həftəlik “Turkic Weekly” elektron bülletenində Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr olunan kitab haqqında məqalə dərc edilib.AZƏRTAC xəbər verir ki, məqalədə tanınmış yazıçı-publisist, Xalq yazıçısı, Azərbaycanın Əməkdar jurnalisti Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” üçcildlik roman-tədqiqatının təqdimatından bəhs olunub.
Məqalədə qeyd edilib ki, kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti canlı şahidlərin, müxtəlif vaxtlarda Ulu Öndərlə birgə işləmiş şəxslərin xatirələri və arxiv materialları əsasında əks etdirilib.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan


Mənbə: https://azertag.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: