Macarıstanda yeni neft yatağı aşkar edilib

21-12-2019, 02:30
138

Macarıstanın “Horizont Energiya” geoloji kəşfiyyat şirkəti bu ölkədə son 30 ildə ən iri neft yatağı kəşf edib.
AZƏRTAC G7.hu iqtisadi xəbərlər portalına istinadla bildirir ki, yeni aşkar edilmiş neft yatağı Macarıstanın cənubunda, Drava çayı yaxınlığında yerləşir. Bu ərazidə İştvandi və Ketuyfalu adlı iki kiçik kənd var.
Gözlənildiyinə görə, bu yatağın ehtiyatları gündə 11.000 barrel neft hasil etməyə imkan verəcək. Müqayisə üçün bildirək ki, Macarıstanın MOL neft-qaz şirkəti 2018-ci ildə orta hesabla gündə 13.000 barrelə yaxın neft hasil edib.
Xəbərlər portalında bildirilir ki, yatağın işlənməsinin ikinci mərhələsində hasilatın gündə 15.000 barrelə çatacağı gözlənilir.
 
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt


Mənbə: https://azertag.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: