SQ-nin Hərbi Akademiyasında ingilis dili kursunun növbəti buraxılışı keçirilib

21-12-2019, 05:00
247

Silahlı Qüvvələrin Hərbi Akademiyasında ingilis dili kursunun növbəti buraxılışı keçirilib.
Mərasimdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev məzunları təbrik edərək onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer də kursu müvəffəqiyyətlə başa vuran iştirakçıları təbrik edib, hərbi qulluqçuların ingilis dilini öyrənməsində əməyi olan professor və müəllim heyyətinin müstəsna xidmətlərini qeyd edib.
Kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub.


Mənbə: https://mod.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: