Şagirdlər Heydər Əliyev adına Hərbi Liseylə tanış olublar - VİDEO

21-12-2019, 05:30
209


Gələcəkdə zabit olmaq istəyən şagirdlər Heydər Əliyev adına Hərbi Liseylə tanış olublar.
Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edən namizədlərin liseydə yaradılan şəraitlə tanışlığı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə Əlahiddə Ümumqoşun Ordunun birgə tədbirlər planına əsasən həyata keçirilib. Razılaşdırılmış qrafikə uyğun olaraq məktəblilər noyabrın 22-dən dekabrın 20-dək həftədə bir dəfə Heydər Əliyev adına Hərbi Liseydə olublar. Sonuncu tədbirdə isə Babək rayonunda fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri və hərbi rəhbərləri iştirak ediblər.
Şagirdlər kursantların məişət şəraiti, sağlamlığı və qidalanması ilə tanış olmaqla bərabər fiziki hazırlıq və tədris məşğələlərində də iştirak ediblər. Atəş hazırlığı sinfində şagirdlərə silahla davranış və atış qaydaları göstərilib.
Heydər Əliyev adına Hərbi Liseylə tanışlıq prosesində ümumilikdə 525 şagird və 54 hərbi rəhbər iştirak edib. Artıq ənənə halını alan bu tədbirlərin növbəti tədris ilində də davam etdirilməsi planlaşdırılır.


Mənbə: https://mod.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: