Respublika fənn olimpiadalarının birinci mərhələsi keçiriləcək

25-12-2019, 13:00
147



Yanvarın 12-də ölkənin bütün şəhər və rayonlarında məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək.
Bilik yarışının ilkin mərhələsində bu il təxminən 35000 şagirdin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.
Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir. IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir.
Olimpiadalar rayon (şəhər) mərhələsi və Respublika mərhələsi olmaqla iki mərhələdən ibarətdir. Respublika mərhələsi isə yarımfinal və final olmaqla iki turdan ibarət olmaqla keçirilir.  


Mənbə: https://edu.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: