Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidzedən

27-12-2019, 13:30
134



Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli İlham Heydər oğlu,
İcazə verin, doğum gününüz münasibətilə Sizi təbrik edim, Azərbaycanın rifahı naminə fəaliyyətinizdə böyük uğurlar və qələbələr arzulayım.
Sizin ailənizə də böyük ehtiramla bol sevinc, cansağlığı, xoşbəxtlik arzu etmək istəyirəm.
Sizin Prezidentliyiniz dövründə Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsində işləmək mənim üçün böyük şərəf idi. Dövlətlərimiz arasında yaranmış və indi də inkişaf etməkdə olan səmərəli əməkdaşlığı qürur hissi ilə xatırlayıram.
İcazənizlə vurğulayım ki, məhz Sizin rəhbərliyinizlə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı bütün sahələrdə yeni, pozitiv məcrada inkişaf edib və bu tərəfdaşlığın xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəyinə əminəm.
Sizi bir daha təbrik edir və ən xoş arzularımı çatdırıram.
Dərin hörmətlə,
Zurab Qumberidze
Gürcüstanın Azərbaycandakı sabiq səfiri


Mənbə: https://president.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: