Heydər Əliyev adına AAHM-də “Tariximiz - qürur və şərəf mənbəyimizdir” adlı viktorina keçirilib

29-12-2019, 04:00
121

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş viktorina keçirilib.
Məktəbin quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri fakültələrində təhsil alan kursantlar arasında keçirilən “Tariximiz - qürur və şərəf mənbəyimizdir” adlı viktorina tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Fakültə komandaları şəklində yarışan kursantlar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Viktorinanın yekun nəticələrinə əsasən Hərbi Hava Qüvvələrinin kursantları birinci yerə layiq görülüblər.


Mənbə: https://mod.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: