Doktoranturalar yaradılan ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların doktoranturaya və dissertanturaya sənəd qəbulunu həyata keçirən qəbul komissiyalarının məsul şəxslərinin nəzərinə!

29-12-2019, 07:00
122

Cari qəbul kampaniyası dövründə doktoranturaya və dissertanturaya sənəd vermiş namizədlər haqqında məlumatları müəyyən olunmuş formada (formanı buradan yükləyə bilərsiniz) 29 ‑ 30 dekabr 2019-cu il tarixlərində saat 10-dan 17-dək kağız formatında məsul şəxslərin imzası və təşkilatın möhürü ilə təsdiqlənmiş surətdə Dövlət İmtahan Mərkəzinin Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən binasına təqdim etməyiniz, elektron formatda isə m.akbarli@dim.gov.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.


Mənbə: http://dim.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: