Fənlər üzrə növbəti elmi-metodiki seminarlar keçirilib

30-12-2019, 08:00
169

24 - 30 dekabr 2019-cu il tarixlərində Azərbaycan dili (ədəbiyyat), kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə növbəti elmi-metodiki seminarlar keçirilib
30.12.19 13:07
Kimya fənni üzrə seminarda ümumtəhsil müəssisələrində qüvvədə olan 7-ci sinif “Kimya” dərsliyi məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib.
Fizika fənni üzrə seminarda 23 iyun 2019-cu il tarixində ali təhsil müəssisələrinə I və IV ixtisas qrupu üzrə imtahanlarda istifadə edilmiş tapşırıqların statistik göstəricilər üzrə müqayisəli təhlili aparılıb.
Rus dili fənni üzrə seminarda ümumtəhsil müəssisələrində qüvvədə olan 5-ci sinif “Русский язык” dərsliyi məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib.
Biologiya fənni üzrə seminarda ümumtəhsil müəssisələrində qüvvədə olan 8-ci sinif “Biologiya” dərsliyi məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib.
Tarix fənni üzrə seminarda ümumtəhsil müəssisələrində qüvvədə olan 8 və 10-cu siniflər üçün “Ümumi tarix”, həmçinin “Azərbaycan tarixi” dərslikləri məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib.
Coğrafiya fənni üzrə seminarda ümumtəhsil müəssisələrində qüvvədə olan 9-cu sinif “Coğrafiya” dərsliyi məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib.
Riyaziyyat fənni üzrə seminarda 19 may 2019-cu il tarixində ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların təhlili aparılıb.
Hər bir tapşırığın imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi, fənn kurikulumunun təlim nəticələrinə uyğunluğu baxımından təhlili aparılıb. Təhlil göstərib ki, tapşırıqlar abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib. Həmçinin tapşırıqlar məzmun standartlarının təlim nəticələrinə uyğun olub.
Müzakirələr zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq. Həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahına dair metodik tövsiyələr hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.
Ədəbiyyat fənni üzrə seminarda qəbul imtahanlarında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımından təhlili aparılıb.
Seminarlarda Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər. 
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.

Seminar iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə xalqımızı təbrik edir, can sağlığı və uğurlar arzulayırlar.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: