31 dekabrda gözlənilən hava şəraiti

30-12-2019, 09:00
91

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 31-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında
Dekabrın 31-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  2-7 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Mənbə: http://eco.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: