Naxçıvanda ötən il də milli dəyərlər diqqətdə saxlanılıb, yeni mədəniyyət müəssisələri həyat vəsiqə alıb

7-02-2020, 01:00
103

Muxtar respublikada milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi, tarixi abidələrimizin bərpası istiqamətində zəruri tədbirlər görülür.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 2019-cu ildə Milli Dəyərlər Muzeyi fəaliyyətə başlayıb, Şahbuz Rayon Mədəniyyət Sarayının tikintisi, Naxçıvan şəhərində Cəmşid Naxçıvanski Muzeyinin yenidən qurulması başa çatdırılıb. Şərur şəhərində Təqaüdçülər Klubunun yenidən qurulması, Şərur Rayon Mədəniyyət Sarayının, musiqili fəvvarənin tikintisi, Naxçıvan şəhərində Yusif Küseyir oğlu türbəsinin və Kəngərli rayonunda Şahtaxtı hamamının bərpası davam etdirilib.
Kəngərli rayonunun Qıvraq qəsəbəsində iki istirahət parkı yaradılıb, Naxçıvan şəhərində Naxçıvançay sahilində “Sahil Parkı”nın yaradılması davam etdirilib.
Ordubad rayonunun Anaqut və Dırnıs kəndləri üçün məscidin tikintisi, Culfa rayonunun Ərəfsə kəndində tarixi körpünün bərpası başa çatdırılıb. Naxçıvan şəhərində və Culfa rayonunun Qazançı kəndində hər birində bir məscidin tikintisi davam etdirilib, Kəngərli rayonunun dini icmasına xidməti avtomobil təqdim olunub.
Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətlərindən olan Ərtoğrol Cavidin və Hüseyn İbrahimovun 100 illik yubileylərinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu il 18 aprel və 13 may tarixlərində sərəncamlar imzalanıb.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: