“General Motors” Çində yenidən istehsala başlayacaq

10-02-2020, 13:30
68

“General Motors” Çində yenidən istehsala başlayacaq.

Raffle TowerAZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir, “General Motors” koronavirusla mübarizə aparan Çində fevralın 15-dən etibarən istehsalını bərpa edəcək.
Şirkətin sözçüsü “General Motors” qarşıdakı iki həftə ərzində istehsala tədricən başlayacağını, müəssisələrin tədarük zənciri və məhsul inventar ehtiyaclarına hazır olacağını bildirib. O, keçən il Çində 3,09 milyon avtomobil satan “General Motors”un koronavirusun təsirini azaltmaq üçün təcili planlar hazırladığını da deyib.
Qeyd edək ki, Çindəki avtomobil istehsalçıları yanvarda ölkədə rəsmi tətil olduğu üçün istehsalı dayandırmışdılar.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: