Pakistan hərbi nümayəndə heyəti Bakıda səfərdədir

11-02-2020, 01:30
68

Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Təhsil və Hazırlıq İdarəsinin baş direktoru general-mayor Saqib Mehmud Malikin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
Fevralın 10-da Pakistan nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub. Qonaqları salamlayan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov onlara Azərbaycan Ordusunda həyata keçirilən islahatlar, hərbi təhsil sistemində dünyanın aparıcı ölkələrinin qabaqcıl təcrübəsinin tətbiqi barədə məlumat verib.
Görüşdə həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Təhsil və Hazırlıq İdarəsinin baş direktoru general-mayor Saqib Mehmud Malikin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
Fevralın 10-da Pakistan nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub. Qonaqları salamlayan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov onlara Azərbaycan Ordusunda həyata keçirilən islahatlar, hərbi təhsil sistemində dünyanın aparıcı ölkələrinin qabaqcıl təcrübəsinin tətbiqi barədə məlumat verib.
Görüşdə həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Mənbə: https://mod.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: