Muxtar respublikada seçkilər yüksək təhlükəsizlik şəraitində keçirilib

11-02-2020, 05:30
82

Fevralın 9-u muxtar respublikada Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə təhlükəsizlik tədbirləri və ictimai asayiş yüksək səviyyədə təmin olunub.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, seçki günü daxili işlər orqanlarına ictimai asayişin pozulmasına dair və ya seçkilərin keçirilməsinə xələl gətirən hər hansı müraciət daxil olmayıb, seçkilər yüksək təhlükəsizlik şəraitində keçirilib.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: