“Buta Airways”in Gəncədən Moskvaya uçan təyyarəsi Volqoqrad aeroportunda məcburi eniş edib

11-02-2020, 06:30
197

Sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar “Buta Airways”in “J2 9817” nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarına gəlib.
Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş edib. Təyyarə Gəncə-Moskva marşrutu üzrə reysi yerinə yetirirdi.
Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: